Müəllimin verdiyi suallara hamı birlikdə cavab verərsə, nə
olar? Bu, qaydaları pozmaq hesab edilirmi?
Şəkillərə baxın.
Məktəb qaydalarrının pozulduğu
şəkilləri tapın.
Uşaqların hərəkətində
yanlış olan
nədir?
Məktəbdə nizam-intizam qaydalarına əməl olunmazsa, nə
baş verər?
Nəzakət qaydaları ilə nizam-intizam qaydaları arasında
hansı bağlılıq var?
Məktəbin özünəməxsus nizam-intizam qaydaları
var. Şagirdlər dərsə vaxtında gəlməli, dərsi pozmamalı,
bir-birinə qarşı diqqətli olmalıdırlar.