1-ci mərhələ. Qruplara bölünün. Hər qrup öz rəhbərini seçsin. Qrup rəhbəri
püşkatmada iştirak edərək öz qrupunun “Hava nəqliyyatı”, “Su nəqliyyatı”,
“Yerüstü nəqliyyat”, “Yeraltı nəqliyyat” mövzularından hansını işləyəcəyini
müəyyənləşdirsin.
2-ci mərhələ. Qrupunuzun işləyəcəyi mövzunu öz aranızda müzakirə
edin. Ensiklopediyasını hazırlayacağınız nəqliyyat növünün ilk dəfə harada
yaradıldığı haqqında bildiklərinizi yada salın.
3-cü mərhələ. Əvvəlcədən topladığınız şəkillər arasından işləyəcəyiniz mövzuya
aid olanları seçin və səliqə ilə kəsin.
4-cü mərhələ.Şəkilləri keçmişdən müasirə doğru olmaqla, dəftərə yapışdırın.
Şəkillərə uyğun olaraq, bildiyiniz məlumatları qısa şəkildə dəftərə qeyd
edin.
5-ci mərhələ.Ensiklopediyanı sinifdə nümayiş etdirin. Yanlış bildiyiniz məlumatları
müəllimin köməkliyi ilə dəqiqləşdirin və düzəldin.