İstifadə etmək üçün: dəftər, yapışqan, qayçı, rəngli qələmlər, nəqliyyat vasitələrinin
əvvəlcədən hazırlanmış şəkilləri.
Bizim bu gün hər yerdə – havada, suda, quruda gördüyümüz nəqliyyat
vasitələri əvvəllər, yəni ilk yaradıldığı zaman tamamilə fərqli
olub. Məsələn, təyyarənin “əcdadı” hava şarları hesab edilir. Nəqliyyat
vasitələrinin necə inkişaf etdiyini bilmək çox maraqlıdır. Ona görə də
gəlin birlikdə nəqliyyat ensiklopediyaları yaradaq.