Sizcə, hansı şəkildəki qız dərsə zamanında yetişəcək? Nə üçün belə düşünürsünüz?
Dərs hazırlamaq üçün nə qədər zaman sərf etsəniz, yaxşı
nəticə əldə edə bilərsiniz?
“Rejim saatı” düzəldək.
Böyük bir saat modeli
üzərində rejimimizi
quraq.
Qədim zamanlarda insanlar vaxtı ölçmək
üçün Günəş və su saatından istifadə
ediblər. Azərbaycan alimi Nəsirəddin
Tusinin Marağadakı rəsədxanasında da
Günəş və su saatı olub.
“Əylənmək”, “istirahət etmək” dedikdə nəyi nəzərdə tutursunuz?
Gün ərzində gəzintiyə nə qədər vaxt sərf edirsiniz?
Gəzmək nə üçün vacibdir?
Gününüzün maraqlı keçməsini, hər işə vaxtınızın
çatmasını istəyirsinizsə, zamanınızı düzgün
bölüşdürməyi öyrənməlisiniz.