Məktəbə gedərkən
gün rejimi, vaxt bölgüsü,
saat, gigi yena qaydaları
Vaxtdan səmərəli istifadə etmək üçün insanlar gün rejiminə
əməl etməyə çalışırlar. Bu halda məktəbə vaxtında çatmaq,
oxumaq, istirahətə və əyləncəyə zaman ayırmaq çətin olmur.
1. Nə üçün gün rejiminə əməl etmək lazımdır? Bunun
insanlara nə xeyri var? 2. Sizcə, şəkillərin ardıcıllığı necə
olmalıdır? 3. Şəkillərdə göstərilənlərdən hansı məktəbə
gedənə qədər görülən işlərdir?
4. Siz onlardan hər birinə nə qədər zaman sərf edirsiniz?
5. Normal
qidalanmaq, yatmaq və istirahət etmək üçün vaxt ayırmaq
niyə vacibdir?6. Yuxunun sağlamlığımıza hansı təsiri var?
Əvvəlcədən qurduğunuz gün rejiminə əməl etsəniz, həyatınız
daha maraqlı və zəngin olacaq.