- 1-ci mərhələ. Qruplara bölünün. Hər qrup öz rəhbərini seçsin. Qrup rəhbəri
püşkatma vasitəsilə öz qrupunun “Böyük ailə”, “Kiçik ailə”, “Ailə kəndləri”
mövzularından hansını işləyəcəyini müəyyənləşdirsin.
- 2-ci mərhələ.Qrupunuzun işləyəcəyi mövzunu öz aranızda müzakirə edin.
Hazırlayacağınız “ailə güzgüsü”nün neçə nəfər üçün nəzərdə tutulduğunu
müəyyənləşdirin.
- 3-cü mərhələ.Əvvəlcədən hazırladığınız kağızın üzərində həmin sayda dairələr
çəkərək kənarlarını bəzəyin və içərisinə ailə üzvlərinin şəkillərini yapışdırın.
Bunlar ana, ata, bacı, qardaş və b. şəkilləri olmalıdır.
- 4-cü mərhələ.Şəkillər arasında hansı canlıların ola biləcəyini müzakirə edin
və nəticəyə uyğun olaraq, onun da şəklini “güzgü”yə yapışdırın.
- 5-ci mərhələ.“Güzgü”sünü hazırladığınız ailənin ən üstün cəhətlərini (baba
və nənənin olması, ev heyvanının olması, ailə üzvlərinin sayının çox olması
və s.) və başqa ailələrdən fərqini müəyyənləşdirib kağızda qeyd edin. Hazır
olan “ailə güzgüsü”nü sinifdə nümayiş etdirin.