Nə anladın?
1.Hər bir şəkil üzrə mətnin uyğun
hissələrini danışın.
2.Mətnə əsasən cümlələri tamamlayıb oxuyun.
Nümunə:
Ata Canavar Mauqliyə sürətlə qaçmağı öyrətdi.
- Balu ...
- Bahirə ...
- Kaa ...
Düşün və cavab ver
3.Sizcə, nə üçün heyvanlar Mauqliyə kömək etdilər?
4.Siz Mauqliyə hansı idman növünün sirlərini öyrədərdiniz? Nə üçün məhz
bu idman növünü seçdiniz? Seçiminizi əsaslandırın.
5.Mauqlinin Şirxanla döyüşünü təxəyyülünüzə uyğun təsvir edin.
6.Nöqtələrin yerinə uyğun hissəciklər artırmaqla cümlələri tamamlayın.
- Ata Canavar Mauqli... Şirxanın əlindən xilas etmişdi.
- Hamı bilirdi ki, Şirxan Mauqli... arxasınca gələcək.
- Heyvanlar Mauqli... cəngəlliyin sirlərini öyrətdilər.
- Artıq Şirxan Mauqli... qorxurdu.