Balu Mauqli ilə sağollaşanda dedi:
- Sən, həqiqətən də, çox güclüsən. Amma unutma ki, sənin düşmənin
Şirxandır. O, bir pələngdir, ağacdan ağaca asanlıqla tullanır. Gərək sən də
uzun məsafəyə tullanmağı bacarasan. Yoxsa Şirxana qalib gəlmək çətin
məsələdir. Sənə bu işdə qara bəbir Bahirə kömək edə bilər.
Bir neçə gündən sonra Bahirə Mauqli ilə məşqlərə başladı. O, ağacdan
ağaca tullanır, Mauqli də onun hərəkətlərini təkrarlayırdı. Düzdür, Mauqli
tez-tez ağacdan yıxılıb əzilirdi. Amma sonunda uzağa tullanmağı da öyrəndi.
Bahirə Mauqli ilə sağollaşanda dedi:
- Yaxşı olardı ki, üzməyi də öyrənə-
sən. Şirxan çox gözəl üzür. Birdən sənə
suda hücum etdi?! Bu işdə sənə Kaa
kömək edə bilər. Düzdür, o çox hiylə-
gər ilandır. Amma Şirxanla düşməndir.
Bilsə ki, onunla döyüşəcəksən, sənə
kömək edər.
Həqiqətən də, Kaa Şirxanın adını eşidən kimi qəzəblə fısıldadı:
- Şirxana qalib gəlmək üçün sənə üzməyi öyrədərəm. Sən insan balasısan,
tez öyrənərsən.
Artıq Mauqli Şirxanla döyüşə hazır idi. Onun kimi sürətlə qaçır, güləşir,
üzür, hətta ağacdan ağaca tullana bilirdi. Üstəlik, insan balası olan Mauqli
çox ağıllı idi. Çətin ki, bundan sonra Şirxan Mauqliyə yaxın gəlsin.
Redyard Kiplinq