Mauqlİ
Dərsə hazırlıq?
1.İdmanın faydaları haqqında danışın.
2.Sizcə, idmançıların üstünlüyü nədədir?
Söz mücrüsü
xışıltı • kol • mağara • məşq
etmək • güləşmək • müddət
fənd • məsafə • üstəlik
Ata Canavar dişlərində tutduğu körpə uşaqla mağaraya girdi. Ana
Canavar və canavar balaları körpənin ətrafına toplaşdılar.Ata Canavar dedi:
- Şirxanın əlindən xilas etmişəm. Qəddar pələng indi də insanlara hücum
edir.
Beləliklə, canavar ailəsi insan balasını öz mağaralarına qəbul etdi. Ona
Mauqli adı verdilər.
Günlər, aylar keçir, Mauqli də günü-gündən böyüyürdü. Ata Canavar bilirdi
ki, Şirxan öz ovunu unutmayacaq. Gec-tez Mauqlinin arxasınca gələcək. Ona
görə də Mauqlini bu döyüşə hazırlamaq lazım idi.
Aydın məsələ idi ki, Şirxan çox sürətlə qaçır. Deməli, Mauqli də düşməni
kimi sürətli olmalıdır. Ata Canavar hər gün Mauqli ilə məşq edirdi. Canavar
balaları ilə Mauqli arasında qaçış yarışı keçirirdi. Artıq Mauqli elə sürətlə
qaçırdı ki, canavar balaları güclə ona çatırdılar.
Ata Canavar Mauqliyə dedi:
- Əlbəttə, sən çox sürətlə
qaçırsan. Amma bu, Şirxana qalib
gəlmək üçün azdır. Bilirsən ki,
pələngin pəncəsindən qurtulmaq
çətin məsələdir. Gərək onun kimi
güləşə biləsən. Bu işdə bizə qonur
ayı Balu kömək edə bilər.
Tezliklə Balu Mauqli ilə dərsə
başladı. Qısa müddətdə güləşin
bütün fəndlərini ona öyrətdi.