Növbəti gün anası Məstanı diş həkiminə apardı. Həkim onun laxlayan
dişini çıxardı. Məstan həkimə dedi:
- Olar mən dişimi özümlə aparım? Onu yastığımın altına qoyacağam.
Dişlər pərisi onu aparmağa gələcək.
Həkim gülümsədi:
- Əlbəttə, apara bilərsən. Dişlər
pərisi mənim köhnə tanışımdır. Süd
dişlərini toplayır. Dişlərinə qulluq
edənləri də çox sevir.
Məstan soruşdu:
- Dişlərimə necə qulluq edə
bilərəm?
Həkim dedi:
- Dişlərini səhər və axşam yaxşı
-yaxşı fırçala. Çox şirniyyat yemə, çünki
dişlərə ziyandır.
Artıq axşam idi. Məstan yatmazdan əvvəl dişini yastığın altına qoydu.
Gözlərini yumdu və gözləməyə başladı. Tezliklə yuxuya getdi. Səhər gözlərini
açan kimi Dişlər pərisini xatırladı. Əlini yavaş-yavaş yastığının altına uzatdı.
Sevinclə qışqırdı:
- Ura! Dişlər pərisi mənə hədiyyə gətirib.
O, hədiyyə qutusunu açdı. Qutuda gözəl bir diş fırçası var idi.
Anna Kupırina