Məstan laxlayan dişini göstərib
dedi:
- Ana, bəs bu nə vaxt düşəcək?
Yemək yeyəndə məni narahat edir.
Məstan kədərli-kədərli stolun
üstündəki peçenyelərə baxdı:
- Heç peçenyeni dişləyə də
bilmirəm.
Anası gülümsədi:
- Məncə, o, Dişlər pərisini
gözləyir.
Məstan təəccübləndi:
- Dişlər pərisi? O kimdir?
- Dişin düşəndə onu yastığının
altına qoyub yatarsan. Gecə Dişlər
pərisi onu aparmağa gələcək. O,
süd dişlərini götürür, əvəzində isə
hədiyyə qoyur.
Məstan balaca pəncələrini bir-birinə
vurub sevindi:
- Ura! Dişlər pərisi mənə
hədiyyə gətirəcək.
Məstan sakitləşib oynamağa getdi. Amma Dişlər pərisi heç yadından
çıxmırdı. Tezliklə onu görmək istəyirdi.
Birazdan Məstan anasına yaxınlaşdı:
- Anacan, necə edim ki, laxlayan dişim tez düşsün?
Ana cavab verdi:
- Məstanım, laxlayan dişə əl vurmaq olmaz. Bunun üçün diş həkiminə
getmək lazımdır. Ən doğru məsləhəti bizə həkim verəcək.
Məstan ürəklə cavab verdi:
- Anacan, gedək. Mən qorxmuram. Televizorda görmüşəm. Həkim dişə
dərman sürtür, ona görə də ağrı hiss etmirsən.
Anası gülümsədi:
- Sən mənim ağıllı və cəsur balamsan.