Pişik balası Məstan şirniyyatı çox
sevirdi. Bir gün peçenye yeyəndə
dişlərindən biri laxladı. O, həyəcanla
anasını çağırdı:
- Anacan, mənim dişim düşür! Mən
dişsiz necə yaşayacağam? Necə
güləcəyəm? Yəqin, məni məktəbə də
qəbul etməzlər. Axı dişsiz pişik kimə
lazımdır?!
Anası onun başını sığalladı:
- Mənim qəşəng balam,
narahat olma. Sənin süd dişin
düşür, çünki onlar zəif olur.
Süd dişlərinin əvəzinə daha
möhkəm və köklü dişlər
çıxacaq.