8
Sağlam həyat
Dərsə hazırlıq
1.
Sağlam olmaq üçün nə etmək lazımdır?
2.
Hər bir mətni oxuduqca bu suala bir daha cavab verin.
TƏMİZLİK
Səhər durunca
Əlimdə fırça
Yudum dişimi,
Bildim işimi.
İnanmırsan, bax,
Dişim ağappaq,
Üstüm tərtəmiz,
Bax beləyik biz.
Abdulla Şaiq
İDMAN NƏĞMƏSİ
Biz gənclər, biz məktəblilər,
Hər işdə göstərək hünər.
İdman edək səhər, axşam,
Vücudumuz olsun sağlam.
Qoy güclənsin gənc nəslimiz,
Gələcəyə hakimik biz.
Sağlam bilik, sağlam bədən
Olsa, çiçəklənər vətən.
Abdulla Şaiq
Söz mücrüsü
hünər
•
vücud
•
gigiyena
menyu
•
məhsul
•
nəsil
•
hakim
un
•
qatıq
•
qarpız
•
yemiş