göydən qoz yağır
Dərsə hazırlıq
1.
Mətnin başlığını oxuyun və şəkillərə baxın.
Sizcə, bu mətndə nədən danışılır?
Dovşan daşın üstündə oturmuşdu.
Birdən başına bir qoz düşdü.
Dovşan Ayının yanına gəlib
dedi:
- Yastıdaban, xəbərin var,
göydən qoz yağır?
- Ola bilməz!
- Doğru sözümdür. Biri də
mənim başıma düşdü.
Ayı bu xəbəri Tülküyə çatdırdı:
- Tülkü lələ, ehtiyatlı ol! Dovşan
deyir, göydən qoz yağır.
- Sən nə danışırsan?
- Dovşan belə deyir.