Bir dəfə Kəpənək meşədə uçarkən yağış yağmağa
başladı. O, yağışdan gizlənmək üçün yer axtarırdı.
Birdən balaca bir göbələk gördü. Tez ona sarı
uçdu və göbələyin papağı altında gizləndi.
Bu vaxt bir Siçan qaçıb gəldi. O dedi:
− İcazə ver, mən də göbələyin altına girim.
− Səni bura necə buraxım? Gör heç yer var?
− Lap kiçicik yer də mənə bəs edər.
− Yaxşı, gəl.
Göbələyin yanında Sərçə atılıb-düşməyə başladı.
Ağlaya-ağlaya dedi:
− Qanadlarım islanıb, uça bilmirəm. İcazə verin, mən
− Burda yer yoxdur axı...
− Nə olar, mənə də yer eləyin.
− Yaxşı. Sən də gəl.
Onlar bir az sıxlaşdılar. Sərçəyə də yer tapıldı.
Elə bu vaxt haradansa Dovşan qaçıb gəldi. Göbələyin yanında dayanıb dedi:
− Tülkü məni qovur. Yer verin,
gizlənim.