Payız gəldi. Bağın dadlı meyvələrini -
qırmızı almaları və sarı armudları yığmağa
başladılar. Samir şən halda atasına dedi:
- Ata, payız ilin ən yaxşı fəslidir.
Atası Samirə arzular dəftərinə baxmağı
tapşırdı:
- Oğlum, sən bu sözü həm yaz, həm yay,
həm də qış haqqında demisən. İndi bil ki, ilin
bütün fəsilləri gözəldir.
Konstantin Uşinski
Nə anladın?
3.Mətndə hadisələrin baş verdiyi zamana görə fəsilləri ardıcıllıqla sadalayın.
4.Mətni plan əsasında nəql edin.
Düşün və cavab ver
5.Mətnin müəllifi oxucuya hansı fikri çatdırmaq istəyir?
Yadda saxla
Gələcək zaman
qaçacaq
gələcək
duracaq
güləcək
nə edəcək?
Düzgün danışaq və yazaq
6.Mətndə hansı rənglə verilmiş “yaz”
sözü hərəkət bildirir?
7.Nöqtələrin yerinə uyğun gələn sözləri
artırmaqla cümlələri oxuyun.
- 1.... Samir arzusunu dəftərə yazdı.
- 2.... Samir arzusunu dəftərə yazır.
- 3.... Samir arzusunu dəftərə yazacaq.
8.Hərəkət bildirən sözləri müxtəlif
zamanlarda işlədin.
Nümunə: yığmaq - yığır, yığdı, yığacaq
oynamaq, sürüşmək, gəlmək, demək,
yüyürmək, dərmək, getmək, tutmaq