Yenə nədir,
Səs-küy qopub həyətdə.
Elə bil ki
Arılardır pətəkdə:
- Qapıya vur!!!
- Vurmadın bu topu da!
- Necə vurum?
Yaşar durub qapıda.
Qapıçının
Cəmi yeddi yaşı var.
Bu gün onun
Həyətdə çox işi var.
- Ata, ata!
Yaşar söküb saatı...
- Ata, ata!
Görürsən bu xarratı?!
Sənət seçir,
Kömək edin Yaşara.
Bir iş tapsın,
Yoxsa qalar avara.
Teymur Elçin
- Nə anladın?
- 2.Yaşar hansı sənətlərlə maraqlanır?
- 3.Şeirə əsasən cümlələri tamamlayın.
- Yaşar ... yaşında sərhədçi olmaq istəyirdi.
- Yaşar altı yaşında ... olmaq istəyirdi.
- Yaşar ... yaşında futbolçu olmaq istəyirdi.