Hesab
Dərsə hazırlıq
1.Üç almanı iki dostun
arasında necə bölərsən?
Bir qoz düşdü ağacdan
Ortasından bölündü.
İki parça ləpəni
Üç qarğaya böl indi.
Düşdü yenə iki qoz,
Hər qoz iki üz oldu.
Qarğalar sevindilər:
“Hesabımız düz oldu”.
Babam dedi: “Uşaqlar,
Qarğanın sayı üçdür,
Altı dənə ləpədən
Hər qarğaya nə düşdü?”
Zahid Xəlil
Nə anladın?
2.Qarğalar hansı problemlə
üzləşmişdilər?
3.Qarğalar nə üçün
sevindilər?
4.Boşluqlara uyğun gələn
sözləri seçin və cümlələri dəftərinizə köçürün.
qoz, ağacın, hesab, ortadan
Qarğalar
altında oturmuşdular. Ağacdan bir
düşdü.
Qoz
bölündü.
axırda düz oldu.
Söz mücrüsü
hesab • qoz • orta
ləpə • bölünmək