Nə anladın?
2.Mətndə hansı suallara
cavab yoxdur?
- 1.Dovşan nə üçün kök yeməyi xoşlayırdı?
- 2.Dələ meşədə nə edirdi?
- 3.Dələ Dovşana nə dedi?
- 4.Dovşan hara gedirdi?
- 5.Dələ nə üçün kökü götürmədi?
Düşün və cavab ver
3.Dələ və Dovşanın xarakteri
haqqında fikir bildirin.
4.Təsəvvür edin ki, Dələ
Dovşana canavar haqqında heç nə demədi. Sizcə,
hadisələr necə davam edərdi?
5.Şeiri öz sözlərinizlə nəql
edin.
Düzgün danışaq və yazaq
6.Şeirdən aşağıdakı cümlələrə uyğun gələn
misraları tapın. Söz sırası arasındakı
fərqi izah edin.
- 1.Bala Dovşan kök yeyərək meşəylə gedirdi.
- 2.Dovşan fit çala-çala mahnı da oxuyurdu.
Yadda saxla
Anam gəldi evə.
Uşaq dərdi ağacdan qırmızı alma.
Anam evə gəldi.
Uşaq ağacdan qırmızı alma dərdi.
7.Cümlələri düzgün söz
sırası ilə dəftərinizə köçürün
Nümunə: Çəkir Aytən rəsm. – Aytən rəsm çəkir.
- 1.Oynayırlar uşaqlar həyətdə.
- 2.Səbinə çıxış etdi yaxşı.
- 3.Axşam gələcəklər qonaqlar bizə.
- 4.Bayırda yağırdı yağış.
- 5.Araz bu gün gedir gəzməyə.
- 6.Qoca verdi nəvəsinə alma.
- 7.Başladı saat 9-da kino.
- 8.Yaşayır Bakıda Samir.