Kök yeyərək meşəylə
Gedirdi bala Dovşan.
Mahnı da oxuyurdu
Fit çala-çala Dovşan:
“Kefim kök, damağım çağ,
Adımdır Palazqulaq.
Kim deyir ki, çəpgözəm,
İnanmayın bu sözə.
Kök yeyirəm, kökəlim,
Kök yeyirəm, yekəlim.
Kökdə çox vitamin var,
Kim yesə, tez boy atar.
Sevirəm gəzməyi də,
Meşəni süzməyi də.
Atılmağı-düşməyi,
Qar üstdə sürüşməyi”.