İncinin cavabı
Məktəbə gedir artıq
Bizim balaca İnci.
Dərslərə səy göstərir,
Birincidir, birinci.
Bir gün masanın üstdə
Düzülmüşdü kitablar.
Mübahisə başladı,
Lovğalıq etdi onlar.
Riyaziyyat öyündü:
“Mən ən vacib kitabam.
Ən çox məni oxuyur,
İnciyə çox lazımam”.
“Yox, mən daha vacibəm”,-
Dilləndi ana dili.
“Hərfləri bilməsə,
Yaza bilməzdi İnci”.
Əllərini yellədi,
Güldü ürəkdən İnci:
– Hər bir kitab vacibdir,
Fərqi varmı neçənci?
Reyhan Yusifqızı
Söz mücrüsü
səy göstərmək
•
mübahisə lovğalıq
•
öyünmək
•
ürəkdən
Nə anladın?
5.
Şeirdə neçə bənd var?
6.
Hər bənddə neçə misra var?
7.
Bəndlərin hansı misraları qafiyələnir?
8.
Şeirdə hansı kitablar mübahisə edir?
Düşün və cavab ver
9.
Sizcə, “Həyat bilgisi” kitabı mübahisəyə qoşulsaydı, nə deyərdi?
10.
İncinin yerinə olsaydınız, siz kitablara nə deyərdiniz?