Dərsə hazırlıq
1.“Balaca məktəbli” hekayəsini və eyniadlı
şeiri oxuyun.
2.Bu iki mətn arasındakı fərqi izah edin.
Balaca məktəblİ
Dünən balaca bir məktəbli təbaşirlə divarı yaza-yaza evə sarı
gedirdi. Birdən arxadan kimsə ona dedi: ”Nə gözəl xəttin var!”
Məktəbli geri baxanda müəllimini gördü. O, səhvini anladı, utandı və
təbaşiri əlindən saldı.
Balaca məktəbli
Dünən təbaşir ilə
Yaza-yaza divarı
Balaca bir məktəbli-
Gedirdi evə sarı.
- Necə gözəl xəttin var,
Biri dedi arxadan.
Gördü, müəllimidir
Geri baxanda oğlan.
O tutduğu bu işdən
Utandı birdən-birə.
Təbaşiri əlindən
Yavaşca saldı yerə.
Söz mücrüsü
təbaşir • evə sarı •
xətt
utanmaq • birdən-birə
yavaşca • riyaziyyat • vacib
Nə anladın?
3.Hekayədəki cümlələri şeirdəki bəndlərlə
uyğunlaşdırın.
4.Şeirin üçüncü bəndində misraları və qafiyə
yaradan sözləri müəyyənləşdirin.