Nə anladın?
3.Mətn və şəkillər əsasında
suallara cavab verin.
- 1.Əqrəb Qurbağadan nə xahiş etdi?
- 2.Qurbağa Əqrəbə necə kömək etdi?
- 3.Əqrəb nə üçün Qurbağanı sancmaq istəyirdi?
- 4.Qurbağa Əqrəbin hərəkətinə necə münasibət göstərdi?
Düşün və cavab ver
4.Sizcə, Qurbağa Əqrəbə başqa nə
deyə bilərdi ki, Əqrəb onu sancmasın?
Düzgün danışaq və yazaq
5.Mətnə əsasən cümlələri
tamamlayıb oxuyun.
– Düzdür, sən əqrəb...! Ancaq bil ki, mən də qurbağa... .
Yadda saxla
1.Mən şagirdəm.
2.Sən şagirdsən.
2.O şagirddir.
4.Biz şagirdik.
5.Siz şagirdsiniz.
6.Onlar şagirddirlər.
6.Cümlələri tamamlayıb köçürün.
- 1.Mən cəsur oğlan... .
- 2.Sən çalışqan şagird... .
- 3.Bu gün hava isti... .
- 4.Biz ayrılmaz dostlar... .
- 5.Siz qoçaq oğlanlar... .
- 6.Onlar çox mehriban uşaqlar... .