1.
Şeiri oxuyun.
Şeirin rəqəmlərlə işarələnmiş hissələrini
şəkillərlə uyğunlaşdırın.
1
Uşaq dedi: – Ay ata!
Sən başa sal görüm bir,
Yaxşı nədir, pis nədir?
Qulaq asın, uşaqlar!
Atanın cavabları
Bizim bu kitabda var.
2
Əgər uşaq sevirsə
Diş tozunu, sabunu,
Demək, yaxşı iş görür,
Hamı bəyənir bunu.