-
Əgər 1
x ədədi 1
a və 1
b ədədlərinin ədədi ortasıdırsa, onda x ədədinə a və b
ədədlərinin harmonik ortası deyilir.
a) Bu fikri rasional bərabərlik şəklində ifadə edin və x-i tapın.
b) İki müsbət ədədin harmonik ortası 6-ya, fərqi isə 8-ə bərabərdir. Bu
ədədləri tapın.
-
Hovuzun suyu eyni zamanda müxtəlif diametrli iki boru
vasitəsilə 3 saata boşaldıla bilər. Diametri kiçik olan boru
hovuzu diametri böyük olan borudan 8 saat gec boşaldar.
Hər bir boru ayrılıqda hovuzu neçə saata boşaldar?
-
Təsəvvür edin ki, siz hər həftə maksimum balı 60 olan qiymətləndirmə tapşırıqları
yazırsınız. 6 həftənin nəticəsinə görə sizin orta balınız 48-dir.
a) Növbəti 2 həftədə orta balınız neçə olmalıdır ki, 8 həftəlik orta balınız
50 olsun?
b) Birinci 6 həftədə orta bal 50 olmuşdur. 10 həftəlik orta bal maksimum balın
85%-ni təşkil edirsə, bu hansı şərtlərlə mümkün ola bilər?
-
Təsəvvür edin ki, siz 480 səhifəlik kitabı 10 gün ərzində oxuyub qurtarmaq
istəyirsiniz. Kitabın yarısını oxuduqdan sonra sizə məlum oldu ki, planlaşdırılan
vaxtda kitabı oxuyub qurtarmanız üçün gündə 20 səhifə daha çox
oxumalısınız. Kitabın birinci yarısından gündə neçə səhifə oxumusunuz?
-
Türkan təklif edilən iki işdən birini seçmək haqqında fikirləşir. İş yerlərindən
biri onun evinə çox yaxındır və saat hesabı iş təklif edir. Digər iş yerində isə
hər iş saati üçün birincidən 2,25 manat çox məvacib təklif edilir. Türkan bu iş
yerini seçsə, birinci iş yerində 900 manat qazanmaq üçün işlədiyi vaxtdan 10
saat az işləməklə 980 manat qazanacaq. Türkana hər iş yerində bir saat üçün
neçə manat təklif edildi?
-
Kimya. Su və duz məhlulunun yeni konsentrasiyasını C = A
s + v düsturu ilə
hesablamaq olar. A məhluldakı duzun miqdarını, s məhlulun ilkin miqdarını,
v əlavə edilmiş suyun miqdarını göstərir.
a) 30%-li 2 kq duz məhluluna neçə kiloqram su əlavə edilsə, məhlul 10%-li
olar?
Göstəriş: Burada C = 0,1; A = 0,6; s = 2kq, v -ni tapın.
b) 0,5 kq 10%-li məhlula nə qədər su əlavə edilsə, 2%-li məhlul alınar?
-
Sıtirdan fərqli iki ədədin tərsinin cəmi onların cəminin hasilinə olan nisbətinə
bərabərdir. Bu fikrin doğruluğunu uyğun eyniliyi yazıb sadələşdirməklə
əsaslandırın.