Ümumiləşdirici tapşırıqlar
Təpə nöqtələri A(3; 2), B(2; 0), və C(-1; 4) olan ΔABC-nin düzbucaqlı üçbucaq olub-olmadığını yoxlayın.
Şəkildə turistlərə kirayə üçün təklif edilən evin yerləşmə planı verilmişdir. Planda hər kvadrat damanın tərəfi 50 m məsafəni göstərir.
1) Fərz edin ki, siz burada istirahət edirsiniz. Əgər
ən qısa yolla poçta, oradan parka gedib və evə
qayıtsanız, nə qədər məsafə qət etmiş olarsınız?
2) Evdən çıxıb planda göstərilən bütün obyektləri
gəzməyin iki mümkün qısa yolu var. Bu iki yolu
obyektlərin ardıcıllığı ilə müəyyən edin və
uzunluğunu tapın.
Ucları verilmiş nöqtələrdə olan parçanın orta perpendikulyarının tənliyini yazın.
a) (-2; 0), (6; 8)
b) (0; -1), (-4; 3)
c) (-1; 1), (1; 5)
Mərkəzi M(3; 0) nöqtəsində yerləşən çevrə A(7; 3) nöqtəsindən keçir.
a) Bu çevrənin tənliyini yazın.
b) Çevrənin koordinat oxları ilə kəsişmə nöqtələrini tapın.
c) Təpə nöqtələri çevrənin koordinat oxları ilə kəsişmə nöqtələri olan
dördbucaqlının sahəsini tapın.
Çevrə (0; 0), (0; 6), (8; 0) nöqtələrindən keçir.
a) Çevrənin mərkəzinin koordinatlarını tapın.
b) Koordinat oxları ilə I rübdə ayrılmış çevrə qövsünün
uzunluğunu π ilə ifadə edin.
c) Uyğun dairənin koordinat müstəvisi üzərində I rübdə
qalan hissəsinin sahəsini tapın
d) Koordinat başlanğıcından keçən düz xətt çevrəyə toxunandır. Bu düz xəttin
bucaq əmsalını tapın və tənliyini yazın.
Tənlikləri verilmiş çevrələr üçün uyğunluğu müəyyən edin.
1) x2 + y2 = 9
2) (x - 3)2 + (y + 2)2 = 4
3) x2 - 2x + y2 = 8
A) Mərkəzi (0; 0) nöqtəsində yerləşir
B) Mərkəzi (3; -2) nöqtəsində yerləşir
C) Mərkəzi (1; 0) nöqtəsində yerləşir
D) Radiusu 2-yə bərabərdir.