-
Şəkildə verilənlərə görə tapın:
a) və -nin uzunluqlarını;
b) AOB və COD sektorlarının sahələrini.
-
a) x2 - 2x + y2 + 2y - 2 = 0 tənliyi ilə verilmiş çevrənin mərkəzini və radiusunu tapın.
b) Uyğun dairədə mərkəzi bucağı 45° olan sektorun sahəsini tapın.
c) Ordinat oxunun dairədən ayırdığı seqmentlərin sahələrini tapın.
-
Mərkəzi (0; 2) nöqtəsində yerləşən çevrə (2; 4) nöqtəsindən keçir.
1) Çevrənin tənliyini yazın.
2) Çevrənin absis oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın.
3) Absis oxunun uyğun dairədən ayırdığı seqmentlərin sahələrini tapın.
-
Şəkildə verilənlərə görə rəngli hissənin sahəsini tapın.
-
Şəkildəki çevrənin uzunluğu 12π mm-dir. Rəngli
hissənin sahəsi neçə kvadrat millimetrdir?
Cavabı yüzdəbirlərə qədər yuvarlaqlaşdırın.
-
ΔABC bərabərtərəflidir. P nöqtəsi AB tərəfinin orta
nöqtəsidir. APQ mərkəzi A nöqtəsində olan dairə sektorudur.
Rəngli hissənin sahəsini tapın.
-
Fərz edin ki, sizə yeməkxanada 2 növ piroq təklif edilir. Piroqlar
eyni qalınlıqda olub, diametri 24 sm və 32 sm olan
dairəşəkillidir və hər biri 8 bərabər dilimə kəsilmişdir. Siz radiusu
16 sm olan piroqdan bir dilim yesəniz, çox piroq yemiş
olarsınız, yoxsa radiusu 12 sm olan piroqdan iki dilim ?
-
Şəkildə təsvir edilmiş pəncərə çərçivəsinin hissəsi
rənglənməlidir. Bunun üçün əvvəlcə onun sahəsi
hesablanmalıdır. Verilmiş şəklə görə bu hesablamanı
yerinə yetirin.