- 1) A(x1; y1) və B(x2; y2) nöqtələrindən keçib ordinat oxuna paralel olmayan düz xəttin bucaq əmsalı k = y2 - y1
x2 - x1 düsturu ilə tapılır. Düz xəttin absis oxunun müsbət istiqaməti ilə yuxarı yarımmüstəvidə (y ≥ 0) əmələ gətirdiyi bucağı θ ilə işarə etməklə tanθ = k olduğunu müxtəlif hallar üçün göstərin.
2) Tənliyi verilmiş düz xətan yuxarı yarımmüstəvidə (y≥0) absis oxunun
müsbət istiqaməti əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapın.
- Araşdırma. 1) Üçbucağın sahə düsturunu müxtəlif hallar üçün araşdırın.
2) Buraxılmış sözləri yazmaqla təklifi dəftərinizə köçürün.
Üçbucağın sahəsi onun ... tərəfi və bu tərəflər ... bucağın ... hasilinin yarısına bərabərdir.
- Şəkildə verilənlərə görə rəngli hissənin sahəsini tapın.
O nöqtəsi çevrənin mərkəzidir.
- Paraleloqramın diaqonalları 6 sm və 8 sm olub, aralarındakı bucaq 45° -dir.
Paraleloqramın sahəsini tapın.
- Bərabəryanlı trapesiyanın diaqonalları 18 sm olub, aralarındakı bucaq
30°-dir. Trapesiyanın sahəsini tapın.
-
Şəkildə verilənlərə görə AC tərəfinin uzunluğunu
və C bucağının sinusunu tapın.
Göstəriş: A təpəsindən şəkildə göstərildiyi kimi
hündürlük çəkin.