Mərkəz nöqtəsi | (0; 0) | (1; 2) | (-3; 5) | (-13; π) | (9; 10) |
Çevrə üzərində nöqtə | (0; 6) | (4; 2) | (1; 8) | (2; π) | (-7; 3) |
1) x2 + y2 = -16
3) x2 + 4x + 4 + y2 - 2y + 1 = 25
2) x2 + y2 + 4x = 0
4) x2 + 10x + y2 - 8y + 8 = 0
a) Diametrinin uc nöqtələri (2; -1), (4; 7) olan çevrənin tənliyini yazın. Bu çevrənin üzərində yerləşən və absisi -1 olan nöqtələri tapın.
b) Diametri 12 olan və mərkəzi koordinat başlanğıcında yerləşən çevrənin tənliyini yazın. Bu çevrə 6 vahid sağa, 5 vahid aşağı sürüşdürülərsə, onun tənliyi necə dəyişər?
c) (x - 3)2 + (y + 2)2 = 16 çevrəsi 6 vahid sola, 3 vahid aşağı sürüşdürülmüşdür. Çevrənin son vəziyyətinə uyğun tənliyini yazın.
a) Radiusu 7-yə bərabər olan və mərkəzi (3; -2)
nöqtəsində olan çevrənin tənliyini yazın.
b) Bu çevrənin üfüqi diametrinin uc nöqtələrinin koordinatlarını
müəyyən edin.
Göstəriş: iki üsulla həll edin.
1) mərkəzi (0; 0) nöqtəsində olan çevrəyə görə
sürüşmədə koordinatları müqayisə etməklə.
2) çevrənin tənliyində y = -2 qiymətini yerinə yazıb həll etməklə.
x2 + y2 — 6x + 9y + 8 = 0 çevrəsinin koordinat oxları ilə kəsişmə nöqtələrini tapın.
Dörd toxunan çevrənin mərkəzləri absis oxu üzərindədir. A mərkəzli çevrənin radiusu O mərkəzli çevrənin radiusundan 2 dəfə, B mərkəzli çevrənin radiusu O mərkəzli çevrənin radiusundan 3 dəfə, C mərkəzli çevrənin radiusu O mərkəzli çevrənin radiusundan 4 dəfə böyükdür. BC = 28 olduğu məlumdur. A mərkəzli çevrənin tənliyini yazın.