1. Boşqab parçası koordinat sistemində yerləşdirilmişdir. Dairəvi hissənin üzərində üç nöqtə (A, O, B nöqtələri) qeyd etməklə sxematik təsviri dəftərinizdə çəkin.
2. Çevrənin mərkəzini müəyyən etmək üçün:
a) AO və OB parçalarının orta perpendikulyarlarını
çəkin.
b) Orta perpendikulyarların tənliklərini yazın.
✔ AO parçasının orta perpendikulyarının
tənliyini yazmaq üçün:
• M orta nöqtəsinin koordinatlarını tapın;
• AO parçasını saxlayan düz xəffin bucaq
əmsalını müəyyən edin.
• Orta perpendikulyarın bu düz xətlə qarşılıqlı perpendikulyar olduğuna əsasən onun bucaq əmsalını (k1) tapın.
• M nöqtəsindən keçən və bucaq əmsalı k1 olan düz xəttin tənliyini yazın.
✔ OB parçasının orta perpendikulyarının tənliyini yazmaq üçün:
• N orta nöqtəsinin koordinatlarını tapın.
• OB-dən keçən düz xəttin bucaq əmsalını müəyyən edin.
• Orta perpendikulyarın OB-dən keçən düz xətlə qarşılıqlı perpendikulyar
olduğuna əsasən onun bucaq əmsalını (k2) tapın.
• N nöqtəsindən keçən və bucaq əmsalı k2 olan düz xəttin tənliyini yazın.
✔ Çevrənin mərkəzi orta perpendikulyarların kəsişmə nöqtəsidir. Deməli, orta perpendikulyarların tənliklərindən ibarət sistemin həlli çevrənin C mərkəzinin koordinatlarıdır.
✔ C nöqtəsindən qeyd edilmiş nöqtələrin hər birinə qədər olan məsafəni hesablamaqla bu çevrənin radiusunu tapın. Boşqabın diametrinin təxmini qiymətini yazın.