-
Mehribangilin evi koordinat müstəvisində M(6; 10) nöqtəsi kimi qeyd edilmişdir. Cəlilgilin evi Mehribangilin evindən 2 vahid cənubda, 10 vahid qərbdə yerləşir. Məktəb hər ikisinin evindən eyni
məsafədədir.
a) Cəlilgilin evinin yerini koordinat müstəvisində
qeyd edin.
b) Məktəbin mümkün olan bir yerini koordinat
müstəvisində qeyd edin. Məktəbin yerini doğru seçdiyinizi onun hər iki evdən
həqiqətən eyni məsafədə olduğunu hesablamalarla göstərin. Müxtəlif
variantları fikirləşin.
Göstəriş: parçanın orta perpendikulyarının xassəsindən istifadə edin.
-
Koordinat müstəvisi üzərində təsvirə görə tapşırıqları
yerinə yetirin.
a) Düz xətlərin tənliklərini yazın.
b) Bu düz xətlərin paralel olduğunu onların tənliyinə
görə izah edin.
c) Düz xətlər arasındakı məsafəni tapın
-
Usta düzbucaqlı formalı sahənin müxtəlif yerlərində çiləmə
yolu ilə işləyən suvarma sistemi quraşdırmalıdır. Bunun üçün
o, birinci çiləyici ilə ikinci çiləyicini birləşdirən boru almalıdır.
O bu məsafəni ölçməyi unutmuş və mağazaya yollanmışdı.
Lakin ustanın yaddaşında olan bir neçə ölçülər var idi.
Birinci çiləyici yaşıllıq sahənin başlanğıcından 3 m şərqdə,
1 m şimalda, ikinci çiləyici isə 15 m şərqdə, 10 m şimalda
yerləşir. Usta orta məktəbdə öyrəndiyi hansı riyazi bilikləri
tətbiq etməklə iki çiləyici arasındakı məsafəni hesablaya
bilər və ona geri qayıtmağa ehtiyac qalmaz? Plan üzərində verilən ədədi
məlumatları yazın və məsələni həll edin.
-
Excel proqramının köməyilə verilən iki nöqtə arasındakı məsafəni hesablayın.
a) (5; 120), (113; 215) b) (68; 153), (175; 336) c) (421; 454), (502; 798)