- Uc nöqtələri L (-5; -6) və M (7; 10) olan LM parçası verilmişdir.
X nöqtəsi LM parçasının üzərində yerləşir. LX = 1
4 LM olarsa, X nöqtəsinin
koordinatlarını müəyyən edin.
- k-nın hansı qiymətində A(6;-4) və B(2; k) nöqtələri arasındakı məsafə
5 vahiddir? Koordinat müstəvisində uyğun nöqtələri qeyd edin.
Məsələnin neçə həlli var?
- Ox oxu üzərində elə nöqtə tapın ki, (0; 2) və (8; 6) nöqtələrindən eyni
məsafədə olsun.
Tətbiq tapşırıqları
- Koordinat müstəvisində təpə nöqtələrinin koordinatları verilmiş üçbucağı
qurun. Üçbucağın tərəflərinin uzunluğunu hesablayın və düzbucaqlı üçbucaq
olub-olmadığını müəyyən edin.
a) (1; 2), (2; 3), (5; 0) b) (2;1), (4; 2), (2; 6) c) (3; 2), (5; 1), (2; 5)
- Koordinat müstəvisi üzərində təpələri A(1; 1), B(5; 9), C(2; 8) və D(0; 4)
nöqtələrində olan dördbucaqlını çəkin.
a) Bu dördbucaqlının trapesiya olduğunu əsaslandırın.
b) Bu dördbucaqlının bərabəryanlı trapesiya olduğunu əsaslandırın.
- Miqyas. Koordinat müstəvisi üzərində təpələri A(1; 4), B(5; 4) və C(5; 1)
nöqtələrində olan üçbucaq çəkin.
a) ΔABC-nin perimetrini tapın.
b) Təpə nöqtələrinin koordinatlarının qiymətini 2 dəfə, 3 dəfə artırın və
üçbucağın perimetrini yenidən hesablayın.
c) Üçbucağın təpə nöqtələrinin koordinatlarının artması ilə perimetrinin
artması arasındakı asılılığı izah edin.
-
a) Şəkli dəftərinizə köçürün.
b) Üçbucağın tərəflərinin uzunluqlarını tapın.
c) Hər bir tərəfin orta nöqtəsinin koordinatlarını
müəyyən edin.
d) Orta nöqtələri ardıcıl birləşdirməklə alınan
üçbucağın perimetri ilə verilmiş üçbucağın
perimetrini müqayisə edin.
-
Eyni nöqtədən eyni zamanda hərəkətə başlayan iki atlıdan biri əvvəlcə 2 km
qərbə, sonra 3 km cənuba, digəri isə əvvəlcə 4 km şərqə, sonra isə 5 km şimala
doğru irəllədi. Atlılar arasındakı məsafəni tapın.