Verilən funksiyalara görə tapşırıqları yerinə yetirin.
1) Qrafikin koordinat oxları ilə kəsişmə nöqtələrini (varsa) tapın;
2) Qrafikləri eyni koordinat müstəvisində qurun.
3) Təyin oblastinı və qiymətlər çoxluğunu müəyyən edin.
a) y = |3x| və y = 3|x|
c) y = |x – 6| və y = |x| – 6
b) y = |–4x| və y = 4|x|
d) y = |x + 2| və y = |x| + 2
Praktik məşğələ. 1) 33 = 27, 43 = 64 bərabərliklərindən istifadə etməklə 123-nu hesablayın. Oxşar üsulla 183-nu tapın. 2) Ədədi 10 dəfə artirsaq və ya azaltsaq, onun kubu necə dəyişər?
Gəldiyiniz nəticəyə əsaslanaraq, 0,53-nu, 503-nu tapın.
3) Cədvəli dəftərinizdə tamamlayın
x | -2 | -0,5 | 0 | 0,5 | |||
y = x3 | -1 | -0,125 | 0 | 1 |
4) Koordinat müstəvisində absisləri x-in cədvəldəki
qiymətlərinə, ordinatları isə y-in uyğun qiymətlərinə
bərabər olan nöqtələri qurun və bu nöqtələri şəkildə
göstərildiyi kimi səlis əyri ilə birləşdirin.
5) x-ə daha bir neçə, məsələn 1,5; -1,5 və s. qiymətləri
verməklə, y -in uyğun qiymətlərini tapın və koordinatları
uyğun ədədlər olan nöqtələrin də bu əyrinin üzərində
yerləşdiyini dəqiqləşdirin.