Nümunə. ədədinin tərsi ilə əksinin cəmini tapın.
Həlli. ədədinin tərsi
əksi isə olduğundan alırıq:
Öyrənmə tapşırıqları
Ədəd oxu
Tərif. Üzərində başlanğıc nöqtə, istiqamət və ölçü vahidi qeyd edilmiş düz xəttə ədəd oxu deyilir.
✔ Ədəd oxunun hər bir nöqtəsinə müəyyən bir həqiqi ədəd uyğundur və tərsinə, hər bir həqiqi ədədi ədəd oxu üzərindəki nöqtə ilə göstərmək olar.
İstənilən a və b həqiqi ədədləri üçün a > b, a = b, a < b münasibətlərindən yalnız biri doğrudur. Ədəd oxu üzərində iki müxtəlif həqiqi ədəddən böyüyünə uyğun nöqtə daha sağda yerləşir. Adətən, “a ədədinə uyğun nöqtə” əvəzinə sadəcə “a nöqtəsi” deyilir.
✔ İki həqiqi ədəd arasında sonsuz sayda həqiqi ədəd var.
Verilən ədədləri sonsuz onluq kəsr şəklində ifadə etməklə bunu aydın görmək olar. Məsələn, 1
9 = 0,(1) = 0,111... və 1
10 = 0,1 = 0,100... olduğundan aydındır ki, bu ədədlər arasında 0,101; 0,1001; 0,10001; ... (1 rəqəmlərini ayıran sıfırların sayı hər dəfə bir vahid artır) və s. kimi sonsuz sayda ədəd yazıla bilər.