y = ax2 + bx + c funksiyasının araşdırılması
y = ax2 + bx + c funksiyasının xassələrini onun qrafiki üzərində araşdıraq.
Kvadratik funksiyanın təyin oblasti bütün həqiqi ədədlər çoxluğudur. Funksiyanın
(y-in) aldığı qiymətlər funksiyanın qiymətlər çoxluğunu əmələ gətirir.
y = ax2 + bx + c funksiyası üçün qiymətlər çoxluğu a < 0 olduqda (-∞; n];
a > 0 olduqda isə [n; +∞) olur. Burada n təpə nöqtəsinin ordinatıdır.
Ümumiyyətlə, verilmiş aralıqda arqumentin böyük qiymətinə funksiyanın böyük
qiyməti uyğundursa, bu aralıqda funksiya artandır (qrafik soldan sağa “yuxarı
qalxır”). Arqumentin böyük qiymətinə funksiyanın kiçik qiyməti uyğundursa,
verilən aralıqda funksiya azalandır (qrafik soldan sağa “aşağı enir”).