c) x = 0 olduqda y = -1,5 olur, yəni parabola ordinat oxunu (0; -1,5) nöqtəsində
kəsir.
y = 0 olduqda 0,5x2 – x – 1,5 = 0 tənliyindən
x1 = –1, x2 = 3 tapılır.
Absis oxu ilə kəsişmə nöqtələri: (–1; 0) və (3; 0)
d) təpə nöqtəsini və koordinat oxları ilə kəsişmə
nöqtələrini koordinat müstəvisində qeyd
etməklə bu nöqtələrdən keçən parabolanı quraq.
Öyrənmə tapşırıqları
Açıq tipli sual. a) Uyğun parabolalarının təpələri (5; -3) nöqtəsində yerləşən iki müxtəlif kvadratik funksiya yazın və qrafiklərinisxematik təsvir edin.
b) Ən böyük qiyməti 5-ə bərabər, uyğun parabolasının simmetriya oxu x = -3 olan iki kvadratik funksiya yazın və qrafiklərini qurun.
1) Funksiyanın qrafikini qurun.
2) Absis oxu ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın.
3) Simmetriya oxunun tənliyini yazın.
a) f (x) = x2 - 4x + 3
c) f (x) = x2 - 4x - 5
b) f (x) = x2 + 2x - 8
d) f (x) = -2x2 + 4x + 6