-
1) y = 5(x – 15)2 – 100; 2) y = – 4x2 + 14; 3) y = (x + 18)2 – 8 funksiyası üçün
qrafiki qurmadan müəyyən edin:
a) parabolanın qollarının istiqamətini; b) təpə nöqtəsinin koordinatlarını;
c) simmetriya oxunun tənliyini; d) absis oxu ilə kəsişmə nöqtələrinin sayını.
-
1) f(x) = x2 – 5x – 24; 2) g(x) = x2 – 2x + 1; 3) p(x) = 4x2 – 20x + 24
funksiyası verilmişdir.
a) Kvadrat üçhədlini vuruqlara ayırmaqla verilən funksiyanı y = a(x – p)(x – q)
şəklində yazın.
b) Ox və Oy oxları ilə kəsişmə nöqtələrini müəyyən edin;
c) Funksiyanın qrafikini qurun.
-
(10; 0) və (4; 0) nöqtələri təpə nöqtəsinin ordinatı –9 olan parabolanın absis
oxu ilə kəsişmə nöqtələridir.
a) Funksiyanın düsturunu yazın.
b) Bu parabolanın üzərində yerləşməklə simmetriya oxuna nəzərən simmetrik
olan üç cüt nöqtənin koordinatlarını yazın.
c) Qrafiki qurun.
-
Hansı qrafikin hansı funksiyaya aid olduğunu müəyyən edin və qrafikləri
dəftərinizdə çəkin.
1) f (x) = - 1
4x2 2) g (x) = (x + 3)2 3) v (x) = (x - 3)2 4) h (x) = 1
4x2
5) t (x) = x2 + 2 6) s (x) = x2 - 4 7) p (x) = (x + 1)2 - 3 8) u (x) = -(x - 2)2 + 3
-
Parabolanın koordinat oxları ilə kəsişmə nöqtələri verilmişdir. Bu məlumatlara
görə parabolanın təpə nöqtəsinin koordinatlarını tapın.
a) (3; 0), (-1; 0), (0; -6) b) (-2; 0), (-3; 0), (0; 4) c) (-3; 0), (1; 0), (0; 3)