n‐ci dərəcədən kök.
Rasional üstlü qüvvət
Siz bu bölmədə öyrənəcəksiniz
✔ Həqiqi ədədlər üzərində əməllərin xassələrini
✔ n-ci dərəcədən kök və onun xassələrini
✔ Rasional üstlü qüvvət və onun xassələrini
1-1 |
Həqiqi ədədlər |
Rasional ədədlər və irrasional ədədlər çoxluqlarının birləşməsinə həqiqi ədədlər çoxluğu deyilir. Hər bir həqiqi ədəd ya rasional, ya da irrasionaldır. Natural (N), tam(Z), rasional (Q), irrasional (I) və həqiqi (R) ədədlər çoxluqları üçün aşağıdakı münasibətlər doğrudur:
N⊂Z⊂Q⊂R; I⊂R; Q⋂I = ∅; Q⋃I = R. İstənilən rasional ədəd sonsuz dövri onluq kəsr şəklində göstərilə bilər. Dövri olmayan sonsuz onluq kəsrlər irrasional ədədləri ifadə edir. Beləliklə, istənilən həqiqi ədədi sonsuz onluq kəsr kimi ifadə etmək olar.
İki həqiqi ədədin cəmi, fərqi, hasili və nisbəti (bölən sıfıdan fərqli olmaqla) həqiqi ədəddir.
Cədvəldə həqiqi ədədlər üzərində əməllərin xassələri verilmişdir.