Məntiqi düşüncə. a) Nə üçün y = x2 + 3 parabolasını qurmaq üçün y = x2 parabolası Oy oxu boyunca yuxarı, y= (x + 3)2 funksiyasının qrafikini qurarkən isə Ox oxu boyunca sola sürüşdürülür? Fikrinizi yazın.
b) Kvadratik funksiyanın qrafikinin Ox oxu ilə kəsişmə nöqtələrinin sayı həmişə eyni olmur. Bu fikir Oy oxu üçün də doğrudurmu? Fikrinizi yazın.
Qrafik üzərində yerləşən nöqtələr cütünün hansı koordinatlarına görə parabolanın simmetriya oxunun tənliyini yazmaq mümkündür? Mümkün olduqda simmetriya oxunun tənliyini yazın.
a) (3; 10) və (7; 10) b) (4; 6) və (6; -2) c) (-1; 4) və (5; 4)
(2; 3) və (24; 3) nöqtələri kvadratik funksiyanın qrafiki üzərindədir. Bu nöqtələrin koordinatlarına görə parabolanın simmetriya oxunun tənliyini müəyyən edin.
Uyğun parabolaya görə kvadratik funksiyanı y = a(x - m)2 + n şəklində yazın:
a) təpəsi (0; 0) nöqtəsində olan və (6; 9) nöqtəsindən keçən;
b) təpəsi (0; -3) nöqtəsində olan və (3; 24) nöqtəsindən keçən;
c) təpəsi (2; 5) nöqtəsində olan və (4; -11) nöqtəsindən keçən;
d) təpəsi (-3; -10) nöqtəsində olan və (2; -5) nöqtəsindən keçən.
Funksiyaların qrafikləri y = x2 parabolasına görə hansı çevrilmələrin nəticəsində alınmışdır? Bu funksiyaların düsturlarını yazın.
Açıq tipli sual. f(x) = x2-na nəzərən “genişlənmiş” olmaqla üfüqi və şaquli istiqamətlərdə sürüşmə hərəkətlərinin yerinə yetirilməsi ilə alınan hər hansı kvadratik funksiyanın düsturunu yazın və qrafikini sxematik təsvir edin.