- Verilənlərə görə dəyişənləri tapın. Çevrənin mərkəzi nöqtə ilə göstərilib.
-
Şəkildə O mərkəzli çevrədə DF, FG, EG, ED vətərləri
çəkilmişdir. Qövslərin dərəcə ölçüləri nisbəti
kimi olarsa,
konqruyent bucaqları müəyyən edin və ölçülərini tapın.
-
Bələdiyyə şəhər kənarındakı gölün
təmizlənməsi üçün hər il velosiped yarışı
keçirir. İdmançılar burada qət etdikləri hər
kilometr məsafə üçün könüllü olaraq
müəyyən miqdar pul ödəyirlər. Kənan da bu
il yarışda iştirak edir və hər kilometr məsafə
üçün 5 manat ödəyəcəyini təşkilatçılara bildirmişdir. Yarış yolu gölün ətratinda
salınmış, radiusu 3 km olan dairəvi yolun (uyğun çevrənin mərkəzi şəkildə M
nöqtəsi ilə qeyd edilmişdir) qövsü boyunca əyrixətli hissədən və uyğun
çevrənin toxunanı boyu düzxətli hissədən (BC) ibarətdir. A, M, C nöqtələri bir
düz xətt üzərindədir və AC = 9 km olduğu məlumdur.
a) Yarış yolunun uzunluğu neçə kilometrdir? Cavabı ondabirlərə qədər
yuvarlaqlaşdırın.
b) Kənan xeyriyyə məqsədilə təxminən neçə manat ödəyəcək?
-
Bir çox hallarda arxeoloqlar əşyaların hissələrini
aşkar edir, daha sonra bir sıra ölçmələr, araşdırmalar
aparmaqla onun əsl formasını bərpa edə bilirlər.
a) Şəkildə təsvir edilən boşqabın üzərində
göstərilmiş bucaq ∠SHD = 60° olarsa, -ın dərəcə ölçüsünü tapın
(HD boşqabın çevrəsinə toxunandır).
b) Tutaq ki, siz boşqabın SCH qövsünün uzunluğunu ölçərək 9,5 sm olduğunu
müəyyən etmisiniz. Bu məlumata görə boşqabın tam çevrəsinin uzunluğunu
necə müəyyən edərdiniz?