- Şəkildə verilənlərə görə x -i tapın.
- Şəkildə çevrəyə toxunan və kəsənlər çəkilmişdir. Verilənlərə görə məchulların
qiymətini tapın.
-
Tunelin planı üzərində verilmiş
ölçülərə görə qövsvari hissəyə uyğun
çevrənin radiusunu tapın.
Göstəriş: uyğun sxematik təsvir
üzərində ölçüləri yazın və həll edin.
-
Göy qurşağı əslində tam bir çevrədir. Biz isə yalnız onun bir hissəsini, qövsünü
görə bilirik. Şəkildə verilən ölçülərə görə tapın:
a) göy qurşağı qövsünə uyğun çevrənin radiusunu;
b) göy qurşağı çevrəsinin uzunluğunu.
-
Ölçmə. Leyla ağacdan 4 m məsafədə, Kənan isə
ağacın dibində dayanmışdır. Leyla ilə Kənan arasındakı
məsafə 5 m-dir. Bu situasiyanı sxematik təsvir
edin və ağacın diametrini tapın. Sxemdə Leyla və
Kənanın durduğu nöqtələri birləşdirən parçanı
çevrənin toxunanı qəbul edin.