Toxunanlar və kəsənlər arasındakı bucaqlar
Bucağın təpə nöqtəsi çevrə xaricində yerləşir
Teorem 3. Çevrəyə çəkilmiş kəsən və toxunanın, iki toxunanın, iki kəsənin arasındakı bucağın (təpə nöqtəsi çevrənin xaricində yerləşirsə) dərəcə ölçüsü bucağın tərəflərinin arasında qalan böyük qövslə kiçik qövsün dərəcə ölçüləri fərqinin yarısına bərabərdir.
1. Toxunan və kəsən arasındakı bucaq |
2. İki toxunan arasındakı bucaq |
3. İki kəsən arasındakı bucaq |
Nümunə.
Şəkildə verilənlərə görə ∠S-in dərəcə ölçüsünü tapın.
Həlli. Teorem 3-ə görə alırıq:
Doğrudan da, AB vətərini çəksək, ∠CAB ΔASB-nin xarici bucağı olduğu üçün alarıq: ∠CAB = ∠S + ∠ABS. Buradan
tapılır.