2-5 |
Çevrəyə çəkilmiş toxunanlar və kəsənlər arasındakı bucaqlar |
Tərif. Çevrə ilə iki ortaq nöqtəsi olan düz xəttə çevrənin
kəsəni deyilir.
Şəkildə AB düz xətt çevrənin kəsənidir.
İki kəsənin arasındakı bucaqlar
Bucağın təpə nöqtəsi çevrə daxilində yerləşir
Teorem 1. Çevrəyə çəkilmiş iki kəsən arasındakı bucağın təpə nöqtəsi çevrə daxilində olarsa, onun dərəcə ölçüsü bu bucağın söykəndiyi qövslə onun qarşılıqlı bucağının söykəndiyi qövsün dərəcə ölçüləri cəminin yarısına bərabərdir.