Öyrənmə tapşırıqları
Verilir: AB və AC A nöqtəsindən O mərkəzli
çevrəyə çəkilmiş toxunanların toxunma
nöqtələrinə qədər olan parçalarıdır.
İsbat edin: AB ≅ AC, ∠BAO ≅ ∠CAO.
İsbat üçün plan: Çevrənin OB və OC radiuslarını və AO parçasını çəkin, uyğun
üçbucaqların konqruyentliyindən istifadə edin.
B nöqtəsindən P mərkəzli çevrəyə toxunanlar çəkilmişdir. Verilən təkliflərdən hər birinin hansı əsasla doğru olduğunu yazın.
a) BA ≅ BC
c) ΔPAB ≅ ΔPCB
b) PA = PC
d) ∠ABC + ∠APC = 180°