-
Açıq tipli sual. 1) Çevrənin bərabər olmayan iki vətərini və onların orta
perpendikulyarlarını çəkin. Hansı vətər mərkəzə daha yaxındır: uzun vətər,
yoxsa qısa vətər?
2) Müxtəlif radiuslu iki çevrə çəkin. Hər bir çevrənin elə vətərini çəkin ki,
onların uzunluqları bərabər olsun. Bu vətərlərin gərdiyi minor qövslərə uyğun
mərkəzi bucaqları göstərin. Hansı mərkəzi bucaq daha böyük oldu? Fikrinizi
izah edin.
-
Yolun əyrixətli hissəsi mərkəzi C nöqtəsində
yerləşən və radiusu 120 m olan
çevrənin bir hissəsidir. DE-nin uzunluğu 24 m
olarsa, AB parçasının uzunluğunu tapın.
-
Hər hansı çevrənin mərkəzini necə müəyyən
etmək olar?
Aşağıdakı addımları yerinə yetirməklə bu suala
cavab verin.
1) Çevrənin AB vətərini çəkin.
2) AB vətərini orta M nöqtəsində kəsən və ona perpendikulyar
olan CD diametrini çəkin.
3) AC vətərini və ona orta perpendikulyar olan EF diametrini çəkin.
4) CD və EF diametrlərinin kəsişmə nöqtəsini qeyd edin.
2-3 |
Çevrə daxilinə çəkilmiş bucaq |
Tərif. Təpəsi çevrə üzərində, tərəfləri çevrəni kəsən bucağa
çevrə daxilinə çəkilmiş bucaq deyilir. Çevrə daxilinə çəkilmiş
bucağa aid olan qövsə bu bucağın söykəndiyi qövs deyilir.
Şəkildə ∠BAC çevrənin daxilinə çəkilmiş bucaq, BC qövsü isə
bu bucağın söykəndiyi qövsdür.
Aşağıda çevrə daxilinə çəkilmiş üç müxtəlif bucaq təsvir edilmişdir.
Çevrənin mərkəzi daxilə
çəkilmiş bucağın xaricindədir.
Çevrənin mərkəzi daxilə
çəkilmiş bucağın tərəfi
üzərindədir.
Çevrənin mərkəzi daxilə
çəkilmiş bucağın daxilindədir.