-
Tərs teorem 3-ü isbat edin.
Verilir: O mərkəzli çevrə, OE ≅ OF, OE ⊥ AB, OF ⊥ CD
İsbat edin: AB ≅ CD.
İsbat üçün plan: Üçbucaqların konqruyentliyindən
istifadə edin.
-
P mərkəzli çevrədə verilənlərə görə tələb olunanları tapın.
a) Verilir: |
PY = 13
AB =10 |
Tapın: BX = ?; PX =?
b) Verilir: PD = 10
PQ = 10
QE = 24
Tapın: AB = ?, PN = ?
-
a) Verilir: Mərkəzi S olan çevrədə:
LM = x+ 8 və PN = 2x
Tapın: çevrənin radiusunu
b) Verilir: Mərkəzi C olan
çevrədə CD⊥AB
AB = 8 sm, CD = 5 sm
Tapın: CE = ?
-
P və Q mərkəzli çevrələr A və B nöqtələrində kəsişir.
AP = 17, AQ = 10, AB = 16 vahid olarsa, PQ-nü
tapın.
- Radiusu 5 sm olan çevrədə uzunluqları 6 sm və 8 sm olan iki paralel vətər
arasındakı məsafəni tapın. Neçə hal mümkündür?
-
Uyğun şəkillər çəkməklə məsələləri həll edin.
a) Çevrənin diametri 30 sm, vətərin uzunluğu isə 18 sm-dir. Vətər çevrənin
mərkəzindən hansı məsafədədir?
b) Çevrənin uzunluğu 12 sm olan vətəri mərkəzdən 8 sm məsafədədir.
Çevrənin radiusunu tapın.
c) Çevrənin diametri 52 sm, vətərin mərkəzdən məsafəsi 10 sm-dir. Vətərin
uzunluğunu tapın.