- Çay, qəhvə və şokoladın tərkibində kofein vardır. ifadəsi ilə insan
orqanizmində istifadədən n saat sonra qalan kofeinin miqdarını (%-lə)
hesablamaq olar. Çay və ya qəhvə qəbul etdikdən:
1) a) 1
2 saat; b) 1,5 saat sonra orqanizmdə neçə faiz kofein qalar?
2) Neçə saat sonra orqanizmdə qalan kofein 50% olar?
-
Düzbucaqlı paralelepiped şəklində olan
qutunun şəkildə göstərilmiş diaqonalının
uzunluğunu düsturuna
görə tapmaq olar.
a) Uzunluğu a=12 sm, eni b=9 sm, hündürlüyü h=8 sm olan qutunun
göstərilən diaqonalının uzunluğunu tapın
b) Uzunluğu a=4 sm, eni b=3 sm, diaqonalı d=13 sm olan qutunun
hündürlüyünü (h) tapın.
-
Ölçüləri olan düzbucaqlı paralelepipedin həcmini tapın. Bu paralelepipedin həcmini tili sm olan kubun həcmi ilə müqayisə edin.
-
Biologiya. Bioloqların tədqiqatlarına görə məməlilər sinfindən olan canlıların
“səthinin sahəsini” (kvadrat santimetrlə) ifadəsinin qiymətini hesablamaqla
təxmini olaraq müəyyən etmək olar. Burada m canlının kütləsi
(qramla), k isə hər bir canlı üçün qəbul edilmiş sabit əmsaldır. Cədvəldə
məməlilər sinfindən olan bəzi canlılar üçün k əmsalı verilmişdir.
Adı |
Siçan |
Pişik |
İt |
İnək |
Dovşan |
İnsan |
k əmsalı |
9,0 |
10,0 |
11,2 |
9,0 |
9,75 |
11,0 |
Kütləsi: a) 2 kq olan pişiyin; b) 12 kq olan itin; c) 6 kq olan dovşanın dərisinin
səthi neçə kvadrat santimetrdir? Cavabı ondabirlərə qədər yuvarlaqlaşdırın.
-
1) Kvadrat çəkin. Sahəsini elə ədəd qəbul edin ki, onun perimetri:
a) rasional ədəd; b) irrasional ədəd olsun.
2) Kub çəkin və həcmini elə ədəd qəbul edin ki, tam səthinin sahəsi:
a) rasional ədəd; b) irrasional ədəd olsun.
-
Verilən düsturlara görə tələb olunan kəmiyyəti digərləri ilə ifadə edin.