-
Mərkəzi C(-1; 2) nöqtəsində olan, k = 2 əmsallı homotetiyada A(3; 5)
nöqtəsinin çevrildiyi N(x; y) nöqtəsinin koordinatlarını tapın.
CA, CN parçalarının uzunluqlarını hesablayın və müqayisə edin.
-
Təpə nöqtəsi (1; -5) olan və (0; -3) nöqtəsindən keçən parabolaya uyğun
kvadratik funksiyanı y = a(x - m)2 + n şəklində yazın. Parabolanı qurun.
-
(2ab2)3 • (3a2b)2 birhədlisinin əmsalını və qüvvətini göstərin.
-
60%-li 400 q duz məhlulundan 25%-i götürülərək yerinə həmin miqdarda su
töküldü. Alınmış qarışıq neçə faizli oldu?
-
a, b e N, a: b = 2 : 5, ƏKOB(a; b) - ƏBOB(a; b) = 45 olarsa, a + b cəmini tapın.
-
Üçbucağın xarici bucaqlarının dərəcə ölçüləri nisbəti 3:4:5 kimidir. Bu
üçbucağın daxili bucaqlarını tapın.
-
Durğun suda sürəti 20 km/saat olan motorlu qayıq 18 km axın əksinə, 11 km
axın istiqamətində gedərək, bütün yola saat yarım vaxt sərf etdi. Çayın axma
sürətini tapın.
-
Bərabərsizliyi həll edin.
-
Dairəvi diaqramda 125 sualı olan sınaq imtahanındakı
doğru cavabların paylanması göstərilmişdir. Ən çox
doğru cavab hansı bənddədir? Uyğun bəndlə neçə
doğru cavab göstərilmişdir?
-
Verilən çevrələrin kəsişmə nöqtələrinin koordinatlarını müəyyən edin.
-
Verilir: ∠ACB= 90°, CD tənbölən,
AD = 4 sm, BD = 2 sm.
Tapın: SΔABC
-
Verilir: ∠C= 90°, CD⊥AB,
∠B= 30°, AC= 6.
Tapın: BD