- Seymur 32 dəqiqəyə kitabın 24 səhifəsini oxuyursa: a) 40 dəqiqəyə neçə
səhifə oxuyar? b) 264 səhifəlik kitabı nə qədər vaxta oxuyar?
- Əkin sahəsində məhsuldarlıq 25 s-dən 30 s-ə qalxdı. Məhsuldarlıq neçə faiz artdı?
- Düzgün çoxbucaqlının bir tərəfi 8 m, perimetri 64 m-dir. Bu çoxbucaqlının:
a) hər bir daxili bucağı neçə dərəcədir? b) bir təpəsindən neçə diaqonal
çəkmək olar? c) neçə diaqonalı var?
- İfadənin qiymətini tapın.
- 3 saata 240 km yol gedən avtomobil eyni sürətlə: a) 5 saata hansı məsafəni
qət edər? b) 560 km yolu nə qədər vaxta gedər?
- Torbada kürələr sarı və yaşıl rəngdədir. Sarı kürələrin sayının yaşıl kürələrin
sayına nisbəti 4:1 kimidir. Sarı kürələrin yarısını çıxarsaq, torbada qalan sarı
kürələrin sayı yaşıl kürələrin sayından 2 ədəd çox olar. 1) Torbada neçə kürə var?
2) Torbaya baxmadan iki kürə çıxarılsa:
a) hər ikisinin sarı rəngli olması; b) müxtəlif rəngli olması ehtimalını tapın.
-
ABCD paraleloqram, DK
tənbölən, KM⊥CD, KM=3 sm,
BK= 2 sm və SΔCKD= 9 sm2
olarsa, paraleloqramın
perimetrini və sahəsini tapın.
- Şəkildə verilənlərə görə ABCD
bərabəryanlı trapesiyasının perimetrini və
sahəsini, yan tərəflərinin çevrəyə toxunma
nöqtələrini birləşdirən MK parçasının
uzunluğunu tapın.
- a) Üçbucağın tərəflərinin uzunluqları nisbəti 2 : 3 : 4 kimidir. Üçbucağın
perimetri 54 sm olarsa, tərəflərinin uzunluqlarını tapın.
b) Yan tərəfi 10 sm, oturacağa çəkilmiş hündürlüyü 8 sm olan bərabəryanlı
üçbucağın perimetrini, sahəsini, daxilinə və xaricinə çəkilmiş çevrələrin
radiuslarını tapın