-
Histoqramda işçilərin yaşı haqqında
məlumat verilmişdir.
a) Yaşı 18-dən 23-ə qədər olan neçə işçi var?
b) Ən çox işçi hansı yaş qrupuna aiddir?
c) İşçilərin sayını tapın.
d) Ədədi ortanı hesablayın
-
Məktəbdə şagirdlərin 56%-i qızlardır. Onların yarısı idmanla məşğul olur. Bu
qızların sayı 140 nəfərdir. Məktəbdəki oğlanların 65%-i idmanla məşğul olur.
a) Bu məktəbdə neçə şagird var? b) Məktəbdə neçə oğlan, neçə qız şagird
var? c) Təsadüfi bir şagird seçilsə, onun idmanla məşğul olan şagird olması
ehtimalı nə qədərdir?
-
Məktəbdə 3 nəfər altincı, 5 nəfər yeddinci, 4 nəfər səkkizinci sinif şagirdləri
arasından növbətçilik üçün 3 nəfər şagird seçilməlidir.
a) Bütün növbətçilərin yeddinci sinifdən olması ehtimalını tapın;
b) Növbətçilərin heç birinin 7-ci sinifdən olmamasının ehtimalını tapın.
-
Məktəbli iştirakçılar yarışda mavi, qırmızı və yaşıl
rəngli geyimlərdə iştirak edəcəklər. İştirakçıların sayı
geyimlərinə görə barqrafda verilmişdir.
1) Təsadüfi bir idmançı seçilsə, onun mavi rəngli
forma ilə yarışan idmançı olma ehtimalı nə qədərdir?
2) Təsadüfi iki idmançı seçilsə, onların hər ikisinin
mavi rəngli forma ilə yarışan idmançı olma ehtimalı
nə qədərdir?
-
Torbadakı hərflərdən üçünün çıxarılmasının neçə mümkün varianti var? Torbadan
3 hərf çıxarılsa, heç olmazsa birinin sait olma ehtimalını tapın.
-
Qabda 6 sarı və 8 ağ kürə var.
a) Qabdan 3 kürə çıxarmanın neçə mümkün varianti var?
b) Çıxarılan kürələrin hər üçünün ağ olması ehtimalını tapın.
-
“MUĞAN” sözündəki hərfləri yerdəyişmə edərək müxtəlif “sözlər” düzəldilib.
Bunlardan neçəsində: a) samitlər yanaşı yazılıb, b) saitlər yanaşı yazılmayıb?
-
Tənlikdə n - ni tapın.